• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Məktəblərdə davamiyyət necədir?

CƏMİYYƏT

06 Aprel 2026 | 11:09

Məktəblərdə davamiyyət necədir?

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Bu barədə Bakıvaxtı.az-ın sorğsuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, iki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir:

"Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır. Hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik", məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

05 Aprel 2026