Finlandiya futbolunun əfsanəsi Yari Litmanen 55 yaşında yenidən yaşıl meydanlara qayıdıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Estoniyanın "Kalev" klubunun üçüncü komandasında (IV divizion) forma geyinəcək.
Sözügedən klub "Liverpul"un (İngiltərə) və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsusdur.
Litmanen hələ 2025-ci ilin oktyabrında heyət çatışmazlığı səbəbindən "Kalev"də bir neçə oyun keçirmişdi. Maraqlıdır ki, həmin vaxt əfsanəvi futbolçu meydanda öz yeniyetmə oğulları ilə birlikdə çıxış etmişdi.
Qeyd edək ki, karyerası ərzində Niderlandın "Ayaks", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" kimi klublarının formasını geyinən Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. Finlandiya yığmasında 137 oyun keçirən yarımmüdafiəçi ölkə tarixinin ən güclü futbolçusu hesab edilir.
Bakı 




