• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

145 qadın həbsxanadan qaçdı

DÜNYA

28 Sentyabr 2022 | 20:21 | Müəllif: Subhan Mahmudov

145 qadın həbsxanadan qaçdı

Haitinin qərbindəki Kabare qadın həbsxanasından təxminən 145 məhbus qaçıb.

Ümumilikdə, islah müəssisəsində 230 məhbus olub ki, kütləvi qaçışdan sonra kameralarda cəmi 85 nəfər qalıb.

Qaçan üç məhbus bir neçə saat sonra Haiti Milli Polisi tərəfindən yenidən həbs edilib və həbsxanaya qaytarılıb.

Bakıvaxtı.az  moderator-az-a istinadən xəbər verir ki, terli KİV-in məlumatına görə, qaçış ərazidəki polis nəzarət-buraxılış məntəqəsinə silahlı basqınla eyni vaxtda baş verib və nəticədə polis məmurunun ölümü ilə nəticələnib.

Ən yaxın polis idarəsinin əməkdaşları yolda olarkən, dəstə üzvləri polis idarəsinə hücum edərək, onu yandırıblar.

Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Haitinin penitensiar sistemi uzun müddətdir ki, humanitar fəlakətlə üzləşdiyi üçün oxşar hadisələr təkrarlana bilər. Təkcə bu ilin yanvar-aprel ayları ərzində ölkənin cəzaçəkmə müəssisələrində qida çatışmazlığından 54 ölüm faktı qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026