Ruslar Xersonda küçə döyüşlərinə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xerson şəhər hərbi administrasiyasının rəhbəri Qalina Luqovaya deyib.
İşğalçıların şəhəri elə-belə təhvil verməyəcəklərini deyən Luqovayanın sözlərinə görə, bu səbəbdən də ruslar çoxlu sayda infrastruktur obyektlərini minalayır.
"Onlar döyüşsüz təslim olmayacaqlar. Böyük ehtimalla minalanmış infrastruktur obyektləri partladılacaq”, - deyə Xerson şəhər hərbi administrasiyasının rəhbəri bildirib.
İsmayıl Alısoy
















