• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Rusiyada səfərbərlik başa çatıb

DÜNYA

28 Oktyabr 2022 | 19:02 | Müəllif: Subhan Mahmudov

Rusiyada səfərbərlik başa çatıb

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkədə qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məruzə edib.

Bakıvaxtı.az xəbər verir ki, Şoyqu prezidentə məruzəsində qismən səfərbərliyə çağırılan vətəndaşların yola salınmasının başa çatdığını bilidrib. Bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul etməklə xidmətə qəbulu davam etdirəcəklər. Rusiya MN başçısının qeyd etdiyi kimi, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib, başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb.

Şoyqu qeyd edib ki, səfərbər olunanların xüsusi əməliyyat zonasına göndərilməzdən əvvəl hazırlığına xüsusi diqqət yetirilir.

“82 min əsgər artıq cəbhəyə göndərilib. 218 min nəfər isə poliqonlarda təlim keçir”, - Şoyqu əlavə edib.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026