• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dəmir Yollarını ifşa etdi: "Bu anormal, analoqu olmayan bir haldır"

CƏMİYYƏT

07 Sentyabr 2022 | 16:55

Dəmir Yollarını ifşa etdi: "Bu anormal, analoqu olmayan bir haldır"

“Azərbaycan Dəmir Yolları açıqlama yayıb ki, yarım il ərzində nə qədərsə sərnişin daşıyıb. Hələ bir çəkinmədən də, bunu pandemiya dövrü ilə müqayisə edib, güya nəhəg irəliləyiş kimi cəmiyyətə təqdim ediblər. Belə yerdə deyiblər, utanmayandan sonra oynamağa nə var?!”

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Forum rəhbəri qeyd edib ki, həqiqətdə isə bu qurum pandemiyadan sonra Bakı-Balakən, Bakı -Qazax, Bakı- Yalama , Bakı-Astara və s. daxili xətlərdə sərnişin daşımasını heç bir ciddi əsas göstərmədən dayandırıb:

“Gah deyirlər ki, qatarlar yoxdur, gah deyirlər dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər dəmir yollar bərpa olunur. Bir sözlə nağıllar. Ağlabatan bir açıqlama hələ də ortada yoxdur. Nazirlər Kabinetindəki Operativ Qərargahdan da bildiriblər ki, qatarların fəaliyyətinin dayanmasının Qərargahın qərarı ilə hər hansı əlaqəsi yoxdur”.

O.Gündüz bildirib ki, qanunvericiliklə təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan fəaliyyətini dayandırması da anormal, analoqu olmayan bir haldır:

“Antiinhisar Dövlət Xidməti də xeyli vaxtdır bu təbii inhisar qurumunda yoxlama aparır, amma real nəticələr hələ yoxdur. Qonşu Gürcüstanın Dəmir Yolu isə pandemiyadan qısa müddət sonra daxildə sərnişin daşımalarını tam bərpa edib. ADY-dən, hökumətdən gözlənilən xəbər odur ki, dəmir yolu ilə daxili sərnişin daşımaları nə zaman tam bərpa olunacaq?”

Nuranə Daxilqızı  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR