Bakının Nizami rayonunda yaşayış binalarının tikintisi ilə məşğul olan “Rahatlığın Məkanı” MMC sakini məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, tikinti şirkəti vətəndaş Abdullayeva Samirə Həsən qızına qarşı məhkəmədə iddia qaldırıb.
“Rahatlığın Məkanı” məhkəmədən sakini mənzildən çıxarılması ilə bağlı qərar verməsini tələb edir.
İş birinci instansiya məhkəməsindən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
İş hakim Məmməd Məmmədovun icraatına verilib.
Ramid İbrahimov
















