Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl sazişinin müddətinin uzadılmasına dair danışıqların konstruktiv keçdiyini bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Peskov bu barədə Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
İngiltərənin baş naziri Rişi Sunakın "Rusiya dünya iqtisadiyyatını boğmağa və qidanı silaha çevirməyə çalışır" açıqlamasını dəyərləndirən Peskov bunun doğru olmadığını deyib. Onun sözlərinə görə, ölkəsi dünya bazarlarına ərzaq daşınmasına mane olmur, əksinə yardım edir.
D.Peskov qeyd edib ki, ərzaq daşımalarının çoxu nə Rusiya, nə də Ukrayna ilə bağlıdır.
Türkiyə, Ukrayna, Rusiya və BMT arasında taxıl daşınması müqaviləsinin uzadılmasına toxunan Peskov ötən həftə Rusiya ilə BMT arasında bu mövzuda danışıqlar aparıldığını xatırladıb. Bildirib ki, bu danışıqlar kifayət qədər konstruktiv keçib.
Razılaşmanın uzadılmasına təxminən bir həftə qaldığına diqqət çəkən Peskov bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.
Nur
















