Son zamanlarda televiziya verilişlərinə tez-tez "TikTok" sosial şəbəkə istifadəçilərinin qonaq qismində çağırıldığının şahidi oluruq. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olur.
Maraqlıdır, efirlərə çağırılan qonaqlar necə seçilməlidir?
Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, "Tiktok" sosial şəbəkə istifadəçilərinin, ümumiyyətlə ictimaiyyətin hər hansı nümayəndələrinin efirə dəvət olunmasında qeyri-adi heç nə yoxdur:
“Sadəcə olaraq, bizdə televiziya kanaları kampaniya ilə işləyirlər. Gah ictimaiyyət nümayəndələrini ümumiyyətlə efirə çağırmırlar, gah da hamısı bir vaxtda dəvət edirlər. Amma təbii ki, efirə çağırılan qonaqların seçilməsinin öz qaydası var. Birincisi, verilişin mövzusuna uyğun qonaqlar efirə dəvət edilməlidir. İkincisi, çağırılan qonaqların həmin sahə üzrə xüsusi bilikləri olmalıdır”.
Q. Məhərrəmli bildirib ki, bu şəxslər səviyyəli, təcrübəli, intellektual olmalıdır ki, orda danışılan mövzunu təhlil edə, cəmiyyət və auditoriya üçün müəyyən mesajlar verə bilsin:
“Bəzən efirlərə mövzuya aidiyyatı olmayan adamlar çağırılır. Bu da verilişə marağı öldürür, diqqəti cəlb eləmir. Çünki əsas prinsip pozulur. Bu meyarlar olmasa, əlbəttə, o qonağın efirə çağırılmasının heç bir əhəmiyyəti yoxdur”.
Nuranə Daxilqızı











jpg-1671887142jpg-1672206581.webp)




