• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Eks prezidentin qızının 1 milyard dollarlıq əmlakı müsadirə edildi

CƏMİYYƏT

28 Dekabr 2022 | 10:19

Eks prezidentin qızının 1 milyard dollarlıq əmlakı müsadirə edildi

Anqolanın Ali Məhkəməsi keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun və onun tərəfdaşlarının 1 milyard dollarlıq əmlakının müsadirə edilməsinə qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, Anqola Mətbuat Agentliyinin (ANGOP) xəbərinə görə, Afrikanın ən zəngin qadını olaraq göstərilən və barəsində həbs qərarı çıxarılan Santos və bəzi ortaqlarının 1 milyard dollarlıq mal varlığının müsadirə edilməsinə qərar verilib.

Məhkəmə qərarında Santos və ortaqlarının əlində olan Embalvidro və UNITEL T+ şirkətlərinin hamısına, Upstar Comunicaçoes və MSTAR şirkətlərinə yüzdə 70-ə həbs qoyulması tələb edilib.

Qərarda Santosun dövlət kapitalı ilə qurulan şirkətlərə nəzarət etdiyi və oradakı pulları xaricdəki şirkətlərə köçürdüyü bildirilib. Anqola məhkəməsi 2019-cu ildə Santosdan 1,1 milyard dollarlıq aktivlərə həbs qoymuşdu.

Anqolanın baş prokuroru Helder Pitta Qroz ötən ay istintaq çərçivəsində daha əvvəl dəfələrlə ifadə verməyə çağırılan Santos haqqında həbs qərarı verildiyini və İnterpola müraciət etdiklərini açıqlamışdı.

Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edib və İngiltərənin paytaxtı Londonda yaşadığını, gizlənmədiyini bildirib.

Anqola, təxminən, 30 milyon əhalisi olan qitənin ikinci ən böyük neft istehsalçısıdır.

Qeyd edək ki, İzabel dos Santosun atası Xose Eduardo dos Santos 38 il Anqolanı təkbaşına idarə edib.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026