• Bakı 13° C

    1.31 m/s

Firon II Ramzesin tabutu Parisə aparılıb

DÜNYA

04 Aprel 2023 | 09:45

Firon II Ramzesin tabutu Parisə aparılıb

Misirdə Firon II Ramzesə məxsus tabut Fransanın paytaxtı Parisə aparılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, tabut 5 ay davam edəcək sərgidə nümayiş olunacaq.

Aprelin 6-da “Ramzes və fironların qızılı” adı ilə açılacaq sərgidə Misirdən gələn 180 qızıl tarixi əsər nümayiş etdiriləcək.

Tabutun sonuncu dəfə 1976-cı ildə sərgi üçün Parisə aparıldığını deyən Misirin Fransadakı səfiri Ala Yusuf tabutun yarım əsrdən sonra yenidən bu şəhərə göndərildiyini bildirib.

Nuranə Daxilqızı


Firon II Ramzesin tabutu Parisə aparılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR