Hindistanda ağır yol qəzası olub.
Bakıvaxtı.az “Hindustan Times”a istinadən xəbər verir ki, hadisədə yük maşını ilə minik avtomobili toqquşub.
Yol qəzasında on nəfər həlak olub.
Hadisə nəticəsində bir uşaq xəsarət alıb.
Zərərçəkənin xəstəxanaya aparıldığı, yük maşınının sürücüsünün axtarışlarının davam etdirildiyi qeyd edilir.
















