Cənubi Afrikada yaşayış binasında yanğın olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Yohannesburq Fövqəladə İdarəetmə Xidmətindən bildirilib ki, yanğın yerli vaxtla saat 01:30 radələrində baş verib.
Hadisə nəticəsində 63 nəfər həyatını itirib və çox sayda yaralı var.
Yanğının səbəbi hələlik məlum olmayıb.
Sözügedən binanın daha əvvəl “atılmış” kimi rəsmi orqanlara bildirildiyi və bu binada ölkədə qanunsuzluq edən şəxslərin yaşadığı iddia olunur.
Hadisə ilə bağlı, axtarış-xilasetmə işləri davam etdrilir.
Xəyalə Rza
















