• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Norveçdən Rusiya ilə bağlı qadağa

DÜNYA

30 Sentyabr 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Norveçdən Rusiya ilə bağlı qadağa

NATO üzvü Norveç Ukrayna-Rusiya müharibəsi səbəbiylə Avropa Birliyinin (AB) tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya nömrəli minik avtomobillərinin ölkəyə giriş-çıxışını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Norveçin xarici işlər naziri Anniken Huitfeldt açıqlama verib.

Müvafiq olaraq, Rusiya ilə təxminən 198 kilometr uzunluğunda sərhədi paylaşan Norveç, oktyabrın 2-də gecədən 9 və ya daha az yer tutumlu minik avtomobillərinin ölkəyə giriş-çıxışını dayandıracaq.

Rusiyada daimi yaşayış yeri olan Norveç vətəndaşları və onların ailə üzvləri xəstəlik, ölüm və dəfn kimi hallarda qadağadan azad ediləcək.

Rusiya dövlət nömrə nişanlı mikroavtobuslar və avtobuslar iki ölkə arasında yeganə keçid məntəqəsi olan Storskoq qəsəbəsindən hərəkətini davam etdirəcək.

Avropa İttifaqı Komissiyasının 8 sentyabr tarixli qərarı ilə Rusiya Federasiyasında qeydiyyatda olan minik avtomobillərinin Estoniya, Latviya, Litva, Finlandiya və Polşa da daxil olmaqla 27 üzv ölkənin sərhədlərindən keçməsinin qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR