• Bakı 26° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

19 yaşlı futbolçuya görə - 40 milyon avro 

İDMAN

29 Iyul 2025 | 11:50

19 yaşlı futbolçuya görə - 40 milyon avro 

İngiltərənin "Çelsi" klubu Niderland təmsilçisi "Ayaks"ın müdafiəçisi Yorrel Hatoya görə 40 milyon avro ödəyəcək.

Bakıvaxtı.az-ın "The Athletic"ə istinadən məlumatına görə, London klubu 19 yaşlı niderlandlı futbolçunun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.

Onun Amsterdam təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 50 matçda iştirak edib, 3 qol və 6 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR