20 Yanvar metrosundan Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur. Bəs sözügedən ərazidə nə vaxt dayanacaq qurulacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:
“Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb”.
Məlumatda qeyd olunub ki, pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq.
Bakı 



