Amerikalı sahibkar, “SpaceX”ın təsisçisi İlon Mask şirkətinin beş il ərzində insanları Aya apara biləcəyini hesab edir.
Bakıvaxtı.az xəbər verir ki, Mask bu barədə sahibkar Nikolay Tangenə müsahibəsində danışıb.
Onun sözlərinə görə, 5 il ərzində Marsa eniş edəcək ilk “Starship”də insan olmayacaq: “Düşünürəm ki, 5 il ərzində insanları Aya apara biləcəyik. Marsa isə ilk insanları təqribən 7-9 il ərzində çatdıra biləcəyimizi zənn edirəm”.
















