• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gürcüstanda təbii fəlakət: ciddi ziyan dəydi...

DÜNYA

08 May 2024 | 20:29 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda təbii fəlakət: ciddi ziyan dəydi...

Gürcüstana yağan leysan yağışları paytaxt Tiflis də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərin həyatına son qoyub.

Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinə və ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib. Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026