• Bakı 16° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Orbanı sülh sammitinə çağırdım, faydalı olacaq - Zelenski

DÜNYA

08 May 2024 | 20:42

Orbanı sülh sammitinə çağırdım, faydalı olacaq - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında paylaşım edib.

O, Orbanı sülh sammitinə dəvət etdiyini bildirib:

"Macarıstanın mövqeyi sülhün yaxınlaşması və ortaq regional təhlükəsizliyimiz baxımından bizim üçün əhəmiyyətlidir. Biz ikitərəfli məsələlərin bütün spektrini qarşılıqlı faydalı şəkildə həll etmək üçün növbəti addımları razılaşdırdıq".

Zelenski qeyd edib ki, ölkəsinin AB-yə üzv olması hər iki ölkə üçün faydalı olacaq.


SON XƏBƏRLƏR

19 May 2024