• Bakı 17° C

    1.88 m/s

7 il əvvəl əmisi qızını öldürən şəxs tutuldu

HADİSƏ

13 Aprel 2022 | 10:35

7 il əvvəl əmisi qızını öldürən şəxs tutuldu

DİN Masallıda 7 il əvvəl baş verən qətl barədə məlumat yayıb.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, 2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026