• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçüdən XƏBƏR VAR

HADİSƏ

13 May 2022 | 09:58

17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçüdən XƏBƏR VAR

Mayın 3-də özünü binadan atan 17 yaşlı Xumar Babayevanı xilas etmək istəyərkən ağır xəsarətlər alan Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Zahid Niyazov xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir  ki,  bu barədə Zahid Niyazov özü məlumat verib.

Onun sözlərinə görə, artıq ev şəraitində müalicə olunur:

“Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki,17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideyinlərinə başsağlığı verirəm, məkanı cənnət olsun”.

Qeyd edək ki, X.Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub. Onun intiharı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026