• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Cəlilabadda körpənin üstünə qaynar su dağılıb

HADİSƏ

11 Iyun 2022 | 16:13 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda körpənin üstünə qaynar su dağılıb

Cəlilabad rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su dağılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2021-ci il təvəllüdlü R.A. (ad, soyadı şərti) qaynar sudan yanıb. Onun üzərinə içi qaynar su ilə dolu çaydan dağılıb.

Azyaşlı paytaxt xəstəxanalarından birinə aparılıb. R.A.-ya 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.

Körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR