• Bakı 8° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda keçmiş məhkum adam öldürdü

HADİSƏ

11 Iyul 2022 | 11:56 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda keçmiş məhkum adam öldürdü

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026