• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağdamda PARTLAYIŞ - Ölən var

HADİSƏ

12 May 2022 | 17:20

Ağdamda PARTLAYIŞ - Ölən var

Ağdamda silah-sursat partlayıb, ölən var.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026