İranda "Hacı əmi" ləqəbli, təmiz olmağın xəstələndirəcəyinə inanan və 70 ilə yaxındır yuyunmayan 94 yaşlı kişi vanna qəbul etdikdən bir neçə ay sonra dünyasını dəyişib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, yerli əhali tərəfindən hörmətlə yanaşılan adam çimmək və təmiz olmağın bədənini xəstələndirəcəyinə inandığı üçün sudan uzaq dururdu.
Bir neçə ay əvvəl kənd gənclərinin onu çimizdirmək istəməsi ilə üzləşən qoca vəziyyəti anlayanda qaçsa da, uzun cəhdlərdən sonra onu çimməyə razı salıblar. Lakin qoca vanna qəbul etdikdən bir neçə ay sonra xəstələnib və ötən bazar günü 94 yaşında vəfat edib.
Ömrü boyu evlənməyən və kəndlilər tərəfindən onun üçün tikilmiş qapısız daxmada qalan qocanın nəinki çimmək istəmədiyi, hətta təmiz yeməkdən də qaçdığı və səhhətində problem olmadan yaşadığı iddia edilir.
Aytac Aslan
Bakı 





