• Bakı 21° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində oldu - FOTOLAR

CƏMİYYƏT

24 Noyabr 2022 | 16:38

NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində oldu - FOTOLAR

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam edir.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.
 


SON XƏBƏRLƏR

17 Sentyabr 2025