• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Apteklərdə DƏRMAN QITLIĞI: Səbəb nədir?

CƏMİYYƏT

24 Noyabr 2022 | 15:18

Apteklərdə DƏRMAN QITLIĞI: Səbəb nədir?

 

Havaların soyuması ilə əhali arasında xəstəliklərin artması bir olub. Amma  əksər vaxt insanlar dərdlərinə dava üçün üz tutduqları apteklərdən əliboş qayıdırlar.

Redaksiyamıza bununla bağlı edilən müraciətlərlə əlaqədar bəzi apteklərə üz tutduq. Deyilən kimi də vardı: belə ki, daha çox qızdırma salan dərmanlar tapılmır, yod, ümumiyyətlə, yoxdu. Qeyd edək ki, apteklərdə “Nurofen”. “Tetrasiklin”, “Valerian”, eləcə də yod tapılmır.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da Bakıvaxtı.az-a təsdiqləyib ki, son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb: “Bu isə həm xəstələr, həm tibb müəssisələri, həm də həkimlər üçün problemlər yaradır. Xüsusən, müalicədə təsirli sayılan dərmanların və onların eyni tərkibli əvəzedicilərinin olmaması nəticəsində pasiyentlər müalicənin gedişatında sıxıntılarla üzləşdirir”.

Deputat qeyd edib ki, dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət ciddi və təcili tədbirlər görülməsini labüd edir: “Səbəblərə nəzər salaq: birincisi, pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu günümüzdə də hiss olunur. İstehsal və istehlak zəncirindəki qopmalar, bununla yanaşı, logistika xərclərinin dünyada son 50 ildə ən yüksək həddə çatması da əsas səbəblərdən biridir. Bu da qiyməti qalxan və təlabatı yüksək olan preparatlara əlçatanlığı xeyli azaldıb”.

R.Mahmudov deyib ki, ikinci vacib məqam Ukrayna və Rusiya arasındakı müharibənin bu ölkələrdən dərman idxalına mane olmasıdır. Deputat bildirib ki. nəticədə, baş verən hadisələr fonunda dünyadakı dərman qiymətləri gün keçdikçə yüksəlməkdədir.

“Üçüncü, ən vacib səbəb isə, yuxarıda sadalanan problemlərin yaratdığı reallığa reaksiya verən qiymət tənzimləmə mexanizmlərinin çevik olmamasıdır”.

Müsahibimizin sözlərinə görə, dərmanları idxal edən özəl şirkətlər dərmanların qiymətlərini yaranmış vəziyyətə uygun qaldıra bilmədikləri üçün onları ölkəmizə gətirmək bəzi hallarda zərərli olduğunu bildirirlər: “Beləliklə, problemin həlli uzanır. Dünya təcrübəsinə nəzər saldıqda aydın görünür ki, ölkələrdə dərman pereparatlarının istehsalı, idxalı və təminatı ilə özəl şirkətlər məşğul olur. Dövlət, sadəcə, tənziməyici mövqedən çıxış edir. Ölkəmizdə də bu prosesə nəzarət mexanizmi - yəni, qiymətləri və keyfiyyəti tənzimləyici qurum Səhiyyə Nazirliyinin aidiyyəti qurumu və Tarif Şurasıdır”.

Rəşad Mahmudov hesab edir ki, bu qurumlar arasında intensiv müzakirələrin aparılması və çevik qərarvermə mexanizminin təşkili birmənalı şəkildə bu istiqamətdə yaranmış problemin həllinə töhfələrini verəcək: “Mövcud reallıqlar və ölkədə həyata keçirilən səhiyyə islahatları sözügedən mexanizmlərin təkmilləşdirməsini diqtə edir”.

Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli isə Bakıvaxtı.az-a bildirib ki, sözgedən dərmanlar apteklərdə var: “Məsələn, “Nurofen” siropu sonuncu dəfə ölkəyə oktyabrın 17-i və 24-də 7320 və 7380 qutu idxal olunub: “Bu dərmanın tabletka və həb halında isə sentyabr və oktyabr aylarının 23 və 24-ü 2 min qutudan çox idxal olunub. Hətta “Nurofen Forte”nin tablet halında oktyabrın 17 və 24-ü 5904 və 1080 qutu ölkəyə gətirilib. “Nurofen”in 200 milli qramlıq tablet isə iyulda 21 888 qutu, 17 oktyabrda isə 2 304 qutu öllkəyə gətirilib”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR