• Bakı 11° C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Litva Putinin təyyarəsinin ölkə ərazisindən keçməsinə icazə verməyəcək

SİYASƏT

20 Oktyabr 2025 | 17:05

Litva Putinin təyyarəsinin ölkə ərazisindən keçməsinə icazə verməyəcək

Litva Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verməyəcək.

Bakıvaxtı.az  Litva mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Kyastutis Budris deyib.

Məlumata görə, Putin amerikalı həmkarı Donald Trampla görüşmək üçün Macarıstana gedəcək.

O qeyd edib ki, Putinin təyyarəsinin Litvanın hava məkanına daxil olmasını qeyri-mümkün hesab edir.

"Mən onun (Rusiya prezidentinin təyyarəsinin) bizim hava məkanımızı keçməsini təsəvvür edə bilmirəm. Əgər o, oraya (Budapeştə) getmək istəyirsə, başqa yollar var, mən alternativlər axtarardım", - K.Budris bildirib.


SON XƏBƏRLƏR

04 Dekabr 2025