Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib.
Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, Dubayda yerləşən dəniz yanacağı ticarət şirkəti mülkiyyət hüququnu rəsmi olaraq “Oilmar Shipping and Chartering DMCC”nin icraçı komandasına ötürüb və satın alınma prosesi tamamlanıb.
Şirkət idarəetmə strukturunu gücləndirmək üçün belə bir addım atıb.
Belə ki, “Oilmar” bu prosesdə Adnan Əhmədzadəni idarəetmədə və ya ticarətdə heç bir rolu olmayan, səssiz bir investor kimi qiymətləndirib.
Qeyd edək ki, daha öncə yayılan məlumatda “Oilmar Shipping and Chartering DMCC”in bütün səhmlərinin şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alındığı bildirilmişdi.