• Bakı 32° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Tramp Kolumbiyaya yardımı kəsəcək

DÜNYA

20 Oktyabr 2025 | 17:05

Tramp Kolumbiyaya yardımı kəsəcək

Vaşinqton Kolumbiyaya yardımı dərhal kəsəcək və yeni tarif dərəcəsini elan edəcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp dey ib.

O, bildirib ki, həmçinin hər hansısa digər maliyyə yardımı formaları və subsidiyalar da daha Kolumbiyaya verilməyəcək.

Kolumbiya Xarici İşlər Nazirliyi Ağ Evi ölkənin suverenliyini birbaşa təhdid etməkdə günahlandırıb və Vaşinqtonun Kolumbiya ərazisinə qanunsuz müdaxilə təklifini pisləyib. Bildirib ki, bu, beynəlxalq hüquq və diplomatiyanı, habelə dövlətlərin suverenliyini, müstəqilliyini və öz müqəddəratını təyinetmə hüququnu qoruyan beynəlxalq müqavilələri pozur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026