• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

CƏMİYYƏT

20 Oktyabr 2025 | 18:20 | Müəllif: Subhan Mahmudov

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun tavan hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

"Təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir", - məlumatda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026