• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Seçkilərədək Paşinyan hökumətinə qarşı çoxsaylı ittihamlar olacaq - AÇIQLAMA

SİYASƏT

20 Oktyabr 2025 | 13:59

Seçkilərədək Paşinyan hökumətinə qarşı çoxsaylı ittihamlar olacaq - AÇIQLAMA

"Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinədək Nikol Paşinyan hökumətinə qarşı çoxsaylı ittihamların şahidi olacağıq".

Bu barədə politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Nikol Paşinyanı "Qarabağı Azərbaycana verməkdə" ittiham edən Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan məğlub Ermənistan ordusunun qurucuları idi:

"Məğlub olan ordu, dağılan mif Paşinyanın deyildi. Paşinyan ordu yaratmamışdı. Məgər 2016-cı ildə baş vermiş dörd günlük aprel döyüşləri revanşistlərə, quldur Sarkisyana və onun dəstəkçilərinə dərs deyildimi? İrəvan buna görə Moskvaya yalvarmadımı? Nə tez unutdular”.

Natiq Miri, politoloq

Müsahibimizin sözlərinə görə, o da hamıya məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi "güclü", "döyüşkən" erməni ordusunun əsəri deyildi:

“Torpaqlarımız bilavasitə Rusiyanın ciddi hərbi dəstəyi ilə işğal edildi və 30 il işğal altında qaldı. Keçmiş prezidentlər, revanşistlər Azərbaycanın real gücünü, imkanlarını görməzdən gəlirlər. Güclü Azərbaycan faktorunu nəzərə almaq istəmirlər. Hələ də Paşinyana absurd tövsiyələr verirlər. Əgər Qarabağda artıq məhv edilmiş qondarma rejimin "müstəqilliyini" dünyaya tanıtmaq mümkün idisə, niyə bunu özləri etmədi?!"

Aydın Baxış


SON XƏBƏRLƏR