• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

"Böyük Qayıdış" xərcləri ilin sonunda 22 milyarda çatacaq

SİYASƏT

19 Noyabr 2025 | 11:43

Böyük Qayıdış xərcləri ilin sonunda 22 milyarda çatacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün ayrılan xərclərin ilin sonuna 22 milyard manata çatacağı proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpası “Böyük Qayıdış” proqramının əsas istiqamətlərindən biri olaraq növbəti ilin büdcəsində mühüm yer tutur. Gələn il bu məqsədlə 3,5 milyard manat və ya büdcə xərclərinin 8,4 faizi həcmində vəsait ayrılması nəzərdə tutulur. O qeyd edib ki, 2020-ci ildən bəri aparılan yenidənqurma işlərinə artıq 17,6 milyard manat sərf olunub və ilin sonuna bu rəqəmin 22 milyard manata yüksələcəyi gözlənilir. 2026-cı il və sonrakı üç ilin büdcə çərçivəsi də əsasən bu istiqamətdə maliyyə təminatına hesablanıb.

Sahil Babayev vurğulayıb ki, gələn ilin büdcəsində prioritetlərin başında Böyük Qayıdış dayanır:

“Bu, ölkə rəhbərliyinin bizə verdiyi ən mühüm tapşırıqlardan biridir. Büdcə imkanlarımız genişləndikcə ilk hədəfimiz azad olunmuş ərazilərdə bərpa işlərini daha da sürətləndirmək və vətəndaşlarımızın doğma yurdlarına tez bir zamanda qayıdışını təmin etməkdir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025