• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

2026-cı ildə sosial xərclər əhəmiyyətli dərəcədə artırılacaq

İQTİSADİYYAT

19 Noyabr 2025 | 11:53

2026-cı ildə sosial xərclər əhəmiyyətli dərəcədə artırılacaq

2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 %-i, cari xərclərin isə 68 %-i sosial sahəyə yönəldiləcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşunda çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sosialyönlü xərclər 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 2,5 milyard manat və ya 17 % artacaq və gələn il də əsas prioritetlərdən biri olacaq. O bildirib ki, 2022-ci illə müqayisədə bu xərclər 5,6 milyard manat və ya 48 % yüksəlib.

Gələn il əhalinin sosial müdafiəsi üçün büdcədə 4,9 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 2025-ci ildən 121 milyon, 2024-cü ilin icrasından isə 722 milyon manat çoxdur. Ümumilikdə, son dörd ildə sosial müdafiə xərcləri 41 % artıb.

Sosial müavinətlər, pensiyalar və digər sosial ödənişlər üçün 2026-cı ildə 2,8 milyard manat xərclənəcəyi proqnozlaşdırılır ki, bu da cari ildən 151 milyon manat çoxdur. Keçmiş məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərclərin isə 285 milyon manat olacağı gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025