• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Azərbaycan Bayrağı ikinci dəfə ölçüsü ilə rekord qırdı

CƏMİYYƏT

19 Noyabr 2025 | 12:05

Azərbaycan Bayrağı ikinci dəfə ölçüsü ilə rekord qırdı

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.

2024-cü ilin noyabrında bu göstəricilər müvafiq olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.

Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201.19 metr, dirəyin pyedestal üzərindəki diametri 5.7 metr, çəkisi isə təxminən 1 ton yarımdır.


SON XƏBƏRLƏR

18 Noyabr 2025