Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin artması vergi dərəcələrinin yüksəldilməsindən deyil, vergitutma bazasının genişlənməsindən qaynaqlanıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
O bildirib ki, şəffaflaşma və keyfiyyətli inzibatçılıq nəticəsində həm müəssisələrin sərmayələri, həm də əhalinin gəlirləri əhəmiyyətli dərəcədə artıb.
Nazir vurğulayıb ki, 2019–2025-ci illərdə qeyri-neft-qaz özəl sektorunda əmək haqqı fondu üç dəfə yüksəlib.
Əli Hüseynov
Bakı 


jpg-1763541976.jpg)
