2019–2024-cü illər ərzində iqtisadiyyatda mühüm struktur dəyişiklikləri baş verib və qeyri-neft-qaz ixracı iki dəfə artaraq 3,4 milyard dollara çatıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, ixrac olunan əmtəə sayı da 15% artaraq 2 810 olub.
Nazir əlavə edib ki, bu dövrdə iqtisadiyyatın bütün sahələri artım nümayiş etdirib, informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi (9,7%) və nəqliyyat-anbar təsərrüfatı (7,8%) əsas lider sahələr kimi göstərilir.
Əli Hüseynov
Bakı 



