• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

DSMF-nin büdcədən asılılığı azaldı

İQTİSADİYYAT

19 Noyabr 2025 | 12:26

DSMF-nin büdcədən asılılığı azaldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 35,6 %-dən 2024-cü ildə 17,5 %-ə enib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2019-cu ildən 2025-ci ilədək aktiv vergi ödəyicilərinin sayı iki dəfə artaraq 845 mini ötüb.

Həmçinin o bildirib ki,  ölkənin strateji valyuta ehtiyatları 44,7 milyard dollardan 82,5 milyard dollara yüksələrək 1,8 dəfə artıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025