"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqazda aparıcı ölkə kimi öz iqtisadi müstəqilliyini daha da gücləndirib".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Spikerin sözlərinə görə, gələn ilin dövlət büdcəsi ölkənin iqtisadi gücünün artırılmasına və “Böyük Qayıdış” proqramının icrasına dəstək verəcək.
Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ardıcıl şəkildə irəliləyir, Qarabağ və Şərqi Zəngəzurda isə innovasiyalara əsaslanan yeni iqtisadi konsepsiya formalaşır. Onun sözlərinə görə, qlobal risklərin artdığı bir vaxtda ölkə gəlirlərin yüksəlişini, maliyyə dayanıqlığının möhkəmlənməsini və qeyri-neft sektorunun sabit inkişafını təmin etməyi bacarıb.
Əli Hüseynov
Bakı 



