• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Qeyri-neft-qaz ixracı son beş ildə iki dəfə artıb

İQTİSADİYYAT

19 Noyabr 2025 | 12:15

Qeyri-neft-qaz ixracı son beş ildə iki dəfə artıb

2019–2024-cü illər ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı iki dəfə artaraq 3,4 milyard ABŞ dollarına çatıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, bu dövrdə ixrac olunan məhsul çeşidi də 15 % artaraq 2 810 adda məhsula yüksəlib.

Cabbarov həmçinin vurğulayıb ki, neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən bəri ölkənin xarici ticarət dövriyyəsi təxminən 50 milyard ABŞ dolları səviyyəsində sabit qalıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025