Gəlirlərin 57,4 faizi qeyri-neft sektorundan formalaşır ki, bu da əvvəlki illə müqayisədə 10,6 faiz çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında maliyyə naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, neft-qaz sektorunun gəlirləri ümumi daxilolmaların 42,6 faizini təşkil edəcək və bunun 3,6 milyard manatı ARDNŞ-nin payına düşür.
Sahil Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərindəki artım hesabına ARDNF-dən transferlər də 1,7 faiz azaldılacaq. Bu addım Fondun maliyyə dayanıqlığını qorumağa xidmət edir.
Əli Hüseynov
Bakı 



