• Bakı 17° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat

SİYASƏT

19 Noyabr 2025 | 11:08

Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat

Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə 2026-cı ilin büdcə zərfi ilə bağlı çıxış edib.

Bakıvaxtı.az-ın məlumatına görə,  deputat bildirib ki, 2026-cı il büdcə zərfinin tamamlanması “Konstitusiya və Suverenlik ili”nə təsadüf edir.

Onun sözlərinə görə, Azərbaycan bu gün artıq öz suverenliyini sübut etmiş, dövlətçiliyini möhkəmləndirmiş ölkə kimi tanınır.

Əmiraslanov vurğulayıb ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir.

Deputat qeyd edib ki, indiyədək həyata keçirilən siyasət daxili resurslar hesabına icra olunub və Azərbaycan heç bir xarici asılılıq yaşamadan inkişaf yolunu davam etdirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025