Dövlətin gəlir və xərclərinin konservativ şəkildə artması növbəti ilin büdcə modelinin əsas xüsusiyyətlərindəndir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2026-cı ilin büdcə sənədi ilə bağlı çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə transferlərin azaldılmaması halında gəlir və xərclər 5 faizədək arta bilərdi.
Əmiraslanov vurğulayıb ki, büdcəyə qiymət verərkən onun artım sürəti deyil, vəsaitlərin səmərəli idarə olunması əsas meyar olmalıdır.
O qeyd edib ki, iqtisadi artım tempini üstələyən xərc artımları makroiqtisadi sabitliyə təhlükə yaradır.
Parlament üzvü əlavə edib ki, bir çox ölkələrin təcrübəsi göstərir ki, həddindən artıq xərcləmə müxtəlif təzadlara səbəb olur.
Əli Hüseynov
Bakı 


jpg-1763537495.jpg)
