• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyası hazırlana bilər

SİYASƏT

19 Noyabr 2025 | 12:01

Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyası hazırlana bilər

Milli Məclisdə iqtisadi, maliyyə, enerji, ərzaq və su təhlükəsizliyi sahələrini birləşdirən vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə parlamentin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşunda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

O qeyd edib ki, büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərcləri müəyyən etmək üçün aydın qiymətləndirmə meyarlarının tətbiqi vacibdir: “Büdcə zərfi əslində maliyyə təhlükəsizliyi tədbirlərinin məcmusudur. Mövcud reallıqları nəzərə alaraq sosial, iqtisadi, maliyyə və digər strateji sahələri əhatə edən vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanmasını məqsədəuyğun hesab edirik”.

Azər Əmiraslanov həmçinin büdcə prosesinin təkmilləşdirilməsi, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanma metodologiyasına yenidən baxılması, eləcə də icmal büdcənin strukturunun dəqiqləşdirilməsi ilə bağlı Hesablama Palatasının tövsiyələrinin önəmini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025