Ölkədə iqtisadi artım templəri sürətləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə yönəldilən investisiyaların həcmi yüksəlib, orta aylıq pensiyalar və məşğulluq imkanları artıb.
Nazir qeyd edib ki, qızıl və valyuta ehtiyatları əhəmiyyətli dərəcədə genişlənib. O həmçinin vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanı suveren dövlət kimi tanıyaraq ölkənin iqtisadi dayanıqlılığını yüksək qiymətləndirirlər.
Əli Hüseynov
Bakı 



