• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

"Xəzri"nin pullarını mənimsəyən şəxsə hökm oxundu

CƏMİYYƏT

19 Noyabr 2025 | 12:21

Xəzrinin pullarını mənimsəyən şəxsə hökm oxundu

"Xəzri" istirahət və sağlamlıq mərkəzinin külli miqdarda vəsaitinin mənimsəməkdə təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilərək Mahir Saadov 9 il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı Mahir Saadovun müəyyən vəzifə tutmaq hüququndan 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İstintaqla müəyyən edilib ki, Mahir Saadov həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma - ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.


SON XƏBƏRLƏR

18 Noyabr 2025