• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Pirotexniki vasitələr satılan anbar aşkarlandı - VİDEO

CƏMİYYƏT

19 Dekabr 2025 | 12:17

Pirotexniki vasitələr satılan anbar aşkarlandı - VİDEO

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb.

Araşdırma aparılır. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR