• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ÜDM artımı strategiya hədəflərini üstələyib

İQTİSADİYYAT

19 Noyabr 2025 | 12:37 | Müəllif: Əli Hüseynov

ÜDM artımı strategiya hədəflərini üstələyib

ÜDM-də 2018-ci ildə 58% olan qeyri-neft-qaz sektorunun payı bu ilin sonunda 70%-ə çatacaq.

Bakıvaxtı.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

O qeyd edib ki, 2022–2025-ci illər üzrə ÜDM-də orta illik 3,3% artım proqnozlaşdırılır və bu göstərici strategiyanın nəzərdə tutduğu 3–4% diapazonuna uyğundur.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunda ÜDM-in orta illik artımının isə 6,1% olması gözlənilir ki, bu da hədəfdən 1,1 faiz bəndi yüksəkdir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR