• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi TGPD ilə niyyət protokolu imzaladı - FOTOLAR

CƏMİYYƏT

19 Noyabr 2025 | 12:23

Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi TGPD ilə niyyət protokolu imzaladı - FOTOLAR

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi Türkiyə Gıda Perakendecileri Derneği ilə niyyət protokolu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd 11-ci Birgə İnkişaf Konqresi (11. Ortak Gelişim Kongresi) çərçivəsində imzalanıb.

Sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur. Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.

Tədbir zamanı GPD sədri Alp Önder Özpamukçu, "Migros" şəbəkələrinin rəhbəri Özgür Tort, "Carrefour" şəbəkələrinin rəhbəri Kutay Kartallıoğlu, 'Özay Hukuk" rəhbəri Merter Özay, "HMK" rəhbəri Murat Keklik, "Obase", "Hanshow", "Ucge", "Ülker" şirkətlərinin səlahiyyətli şəxsləri ilə məhsuldar müzakirələr aparılıb.

Gıda Perakendecileri Derneği (GPD) Türkiyədə müasir qida pərakəndəçiliyini təmsil edən mühüm ictimai birlikdir. Birliyin üzvləri ölkə üzrə 50 minə yaxın satış nöqtəsinə malikdir və bu müəssisələrdə ümumilikdə 500 minə yaxın insan çalışır.


SON XƏBƏRLƏR

18 Noyabr 2025