2019–2024-cü illərdə Azərbaycanda qeyri-neft-qaz sənaye istehsalı 1,9 dəfə böyüyüb.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə çıxışı zamanı iri dövlət şirkətlərində korporativ idarəetmə və səmərəlilik tədbirlərinin gücləndirildiyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması nəticəsində bu strukturlara daxil olan əksər dövlət şirkətlərinin rentabelliyi yaxşılaşıb və dövlət büdcəsindən asılılığı azalıb.
Əli Hüseynov
Bakı 



